ABŞ Prezidenti Co Baydenin administrasiyası “Şimal axını-2” layihəsinin reallaşmasını dayandırmağın mümkün olmadığını dərk edir.
"Həyata keçirilməyən bir işlə məşğul olduğunuzu başa düşürsünüzsə..." - Lavrov
Pravda.az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bayden administrasiyası “Şimal axını-2” ilə bağlı mövqeyini dəyişməyib. Onlar əvvəlki kimi bu layihəyə qarşıdırlar. Lakin anlayırlar ki, onu dayandırmaq mümkün deyil. Həyata keçirilməyən bir işlə məşğul olduğunuzu başa düşürsünüzsə, sağlam düşüncəniz sizə onu bir kənara qoymağınızı və real bir şeylə məşğul olmanızı söyləməlidir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.