"Prezident İlham Əliyev sentyabrın 3-də Sumqayıtda bir sıra sosial və iqtisadi obyektlərlə yanaşı Sumqayıt Məhkəmə Kompleksinin də açılışını etdi. Təbii ki, kompleks mahiyyətcə ölkədə ilk belə təsisat deyil. Daha öncə Şəki, Sabunçu və Masallıda analoji məhkəmə kompleksləri istifadəyə verilsə də, bu təsisat xaraktercə məhkəmə-hüquq sistemi adına yeni bir mərhələdir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, burada söhbət tikilmiş bina, təmin edilmiş avadanlıqlardan, yaxud hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılması kimi texniki nüanslardan yox, qarşıya qoyulan məqsədlərdən gedir: "Əminliklə demək olar ki, Sumqayıt məhkəmə kompleksinin istifadəyə verilməsi ilə ölkədə məhkəmə hüquq islahatlarının mühüm bir mərhələsinin realizəsi istiqamətində münbit şərait yaradılmış oldu. Hər şeydən öncə, kompleksdə altı məhkəmənin, Sumqayıt apellyasiya, inzibati, kommersiya, ağır cinayətlər, Sumqayıt şəhər və müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatələnməsi Sumqayıt kimi iri bir şəhərdə məhkəmə aidiyyatı barədə təsəvvürü olmayan şəxs üçün belə ünvan əngəllərini aradan qaldırır. Daha dəqiq desək, iri bir şəhərdə konkret məhkəmə ünvanının formalaşdırılması ədalət mühakiməsinə əlyetərlik sahəsində heç bir dilemmaya yol açılmasına imkan verməyəcək. Digər vacib bir məqam isə kompleks daxilində "bir qapı" prinsipinin tətbiqi ilə bağlıdır. Etiraf etməliyik ki, Sumqayıt kimi sürətlə böyüyən bir şəhərdə ədalət mühakiməsinin həyata keçirilməsinin çox vacib olan ilkin mərhələsində "bir qapı" prinsipinin tətbiqi sadə məsələ deyil. Hər şeydən öncə nəzərə alaq ki, kompleksdə fəaliyyət göstərən inzibati və kommersiya məhkəmələri, ümumiyyətlə, milli hüquq məkanımızda keyfiyyətcə yeni institutdur. Kompleksdə yerləşən ağır cinayətlər məhkəməsi təsisatı isə Azərbaycan məhkəmə-hüquq sistemində oturuşmuş olsa da, Sumqayıtda bu məhkəmə qısa müddət öncə təsis olunub. Üstəlik, qeyd etdiyim birinci instansiya məhkəmələri, habelə, bütövlükdə şimal regionu üçün apellyasiya instansiyası da yuxarıda qeyd etdiyimiz məhkəmələrlə bərabər yurisdiksiya baxımdan çox mürəkkəb bir zona hesab edilən Şimal bölgəsini əhatələdiyini düşünsək, məsələnin mahiyyəti bir az daha aydın olur. Lakin görünən odur ki, mövcud hakim siyasi iradə vətəndaşların məhkəmə çatımlığının daha asan və etibarlılığı, proseslərin sadələşdirilməsi istiqamətində kifayət qədər qəti və qərarlıdır".
B.Məhərrəmov qeyd edib: "Prezident İlham Əliyevin hələ 2 il əvvəl, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı ilə bu prosesə tam yeni bir məcrada start vermiş, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyi yüksəldilməsi hədəf kimi qoyub. Bu mənada, Sumqayıt Məhkəmə Kompleksinin açılışına həm də 3 aprel Fərmanının məntiqi nəticələrindən birinə nail olunması kontekstindən, daha dəqiqi, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması istiqamətində prosesləri sürətləndirmək niyyətinin ali ifadəsi kimi yanaşılması doğru olar. Təbii ki, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi səviyyəsinin inkluzivlik aspekti də çox vacibdir və Kompleks bu mənada da tələbləri qarşılayır. Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsini niyyəti və bu istiqamətdə intensiv addımlar fonunda inklüzivlik meyarının prioritetlərdən biri kimi zərurətə çevrilməsi sirr deyil. Bu baxımdan, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüsləri əsasında formalaşmaqda və güclənməkdə olan "e-idarəçilik" və digər "e-sistemlər" məhkəmələrdə innovasiyaların tətbiqinin genişləndirilməsində həlledici rol oynamaqdadır. Təsadüfi deyil ki, məhz bu təşəbbüslərin sosial zərurətə çevrilməsinin nəticəsidir ki, hətta, inklüziv cəmiyyətin qurulması, daha doğrusu dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu yaxın 10 il üzə Azərbaycanın 5 milli prioritetindən biri kimi müəyyən olunub və məhkəmə hakimiyyətinin bu prosesdə rolunun əhəmiyyəti kifayət qədər yüksəkdir. Belə bir şəraitdə ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün Sumqayıt Məhkəmə Kompleksinin timsalında müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsi konseptual olaraq dövlətin islahatların uğurla başa çatdırmaq iradəsini ifadə edir".
29 Mart 00:03
28 Mart 23:59
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
Ən son xəbərləri səhifəmizdən də izləyin