Liviyanın sabiq rəhbəri, polkovnik Müəmmar Qəddafinin cəsədinin qalıqları tayfasına veriləcək.
Pravda.az-ın TASS-a istinadən verdiyi məlumata görə, “AlHadath” telekanalı xəbər yayıb ki, 2011-ci ilin oktyabrında üsyançılar tərəfindən qətlə yetirilmiş M. Qəddafinin qalıqları tayfasına verilərək, yenidən dəfn olunacaq.
Bildirilir ki, Misurata şəhərinin tanınmış nümayəndələri ilə əl-qəddaf və əl-mücəbər tayfasının ağsaqqalları arasında M. Qəddafinin, oğlu Mütəssimin, habelə Liviyanın sabiq liderinin silahdaşı, müdafiə naziri olmuş Əbu Bəkr Yunis Cabirin qalıqlarının verilməsi barədə razılıq əldə olunub.