Bu gündən tələbələrin qəbul olunduqları təhsil müəssisələri üzrə elektron qeydiyyatı başlayır.
Pravda.az-ın məlumatına görə, tələbə adını qazanmış şəxslər sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.