BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vətən müharibəsinin başlamasından təxminən 1 il vaxt ötür, bu dövr Azərbaycan üçün unudulmaz və əvəzolunmazdır” - RƏY

"İşğaldan azad edilmiş ərazilərdə görülən işlər regionun simasının kökündən dəyişməyə imkan yaradıb. Vətən müharibəsinin başlamasından təxminən 1 il vaxt ötüb. Bu dövr Azərbaycan üçün unudulmaz və əvəzolunmazdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

 

Deputat bildirib ki, son bir il ərzində Azərbaycan dövləti olduqca ciddi layihələri icra edib: "İlk növbədə qeyd etmək lazımdır ki, Vətən müharibəsinin başlanması üçün ciddi hazırlıqdan keçmək lazım idi. Müharibə nəticəsində qazanılmış qələbə Azərbaycanda, eləcə də bölgədə yeni reallıq yaratdı. Bu zəfər bizə beynəlxalq hüququn Cənubi Qafqazda işləməsini təmin etdi. Azərbaycan Ermənistan ilə mehriban qonşuluq əlaqələri qurmağa hazır olduğunu elan etdi, həmçinin bir neçə dəfə sülh müqaviləsinin bağlanması üçün müraciət edib. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, həmin bölgədə infrastrukturun qurulması böyük nailiyyətdir. Həmçinin məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması üçün ciddi işlər həyata keçirilir. İnfrastruktur layihələrinin reallaşdırılması, Zəfər yolu və regionlararası digər yolların salınması bu qəbildən olan məsələlərdəndir. İşğaldan azad edilmiş ərazilər elektriklə təchiz edilir, qaz xətləri çəkilir. Füzuli beynəlxalq hava limanının açılışı isə regionun simasını kökündən dəyişəcək. Təkcə ölkə daxilində deyil, xarici ölkələrdən də ən ağır, ən böyük təyyarələrin hava limanına düşməsi mümkün olacaq. Eyni zamanda, bir sıra işğaldan azad edilmiş şəhərlərin baş planı hazırlanır. Misal üçün, Ağdam şəhərinin baş planının icrası üçün ciddi işlər görülür. Bütün bunlar Azərbaycanın sadəcə son 1 ilə ərzində gördüyü işlərdir".

 

Nəzrin Cavid

Tarix: 7 Sentyabr 2021, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin