Bu gün Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycan və Qətər arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu xatırladaraq, bunun əsasında hər iki ölkə liderlərinin siyasi iradəsinin və müdrik uzaqgörənliyinin dayandığını bildirib.
Dayısı oğlunu girov götürüb yarım milyon dollar pul tələb edən şəxsin məhkəməsi başlayır
Gəncədə ildırım transformatoru vurub
Saatlıda naməlum avtomobil piyadanı vuraraq ağır yaralayıb
Nazir, həmçinin, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılması, bu müddətdə şəhər və kəndlərimizin viran qoyulması, 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən ərazilərimizin işğaldan azad olunması, azad edilmiş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə geniş məlumat verib. İşğaldan azad olunmuş torpaqlarımızın zəngin təbii sərvətlərə, o cümlədən böyük turizm potensialına malik olduğunu qeyd edən K. Heydərov Qətər iş adamları, biznes dairələri və sərmayəçilərini buraya sərmayə yatırmağa dəvət edib.
Sonra nazir K. Heydərov həmsədri olduğu Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra nazir qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, 2014-cü ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş"dən söz açıb, iki ölkənin müvafiq qurumları arasındakı səmərəli əməkdaşlıqdan danışıb.
Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi səmimi görüşə görə təşəkkürünü bildirib, Qətər Dövlətinin xarici işlər naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Şeyx Mohammed bin Abdulrəhman Al-Taninin salamlarını nazir Kəmaləddin Heydərovun diqqətinə çatdırıb. Azərbaycanla Qətər arasında əməkdaşlığın geniş potensialından bəhs edən dövlət naziri, həmçinin, iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
23 Aprel 11:14
23 Aprel 11:10
23 Aprel 11:00
23 Aprel 10:58
23 Aprel 10:57
23 Aprel 10:53
23 Aprel 10:32
23 Aprel 10:30
23 Aprel 10:29
23 Aprel 10:25
23 Aprel 10:19
23 Aprel 09:54
23 Aprel 09:41
23 Aprel 09:39
23 Aprel 09:34
23 Aprel 09:27
23 Aprel 09:04
23 Aprel 08:59
23 Aprel 08:57
23 Aprel 08:54
23 Aprel 08:53
23 Aprel 08:51
23 Aprel 08:48
23 Aprel 08:45
23 Aprel 08:42
23 Aprel 08:39
23 Aprel 08:35
23 Aprel 08:33
23 Aprel 08:24
23 Aprel 08:20
23 Aprel 08:17
23 Aprel 08:13
23 Aprel 08:09
23 Aprel 08:06
23 Aprel 08:02
23 Aprel 07:23
23 Aprel 07:00
23 Aprel 06:58
23 Aprel 05:58
23 Aprel 05:55
23 Aprel 05:05
23 Aprel 00:08
22 Aprel 23:36
22 Aprel 23:20
22 Aprel 23:04
22 Aprel 23:00
22 Aprel 22:57
22 Aprel 22:51
22 Aprel 22:49
22 Aprel 22:43
22 Aprel 22:41
22 Aprel 22:39
22 Aprel 22:38
22 Aprel 20:34
22 Aprel 20:32
22 Aprel 20:30
22 Aprel 19:25
22 Aprel 18:39
22 Aprel 18:38
22 Aprel 18:35
22 Aprel 18:34
22 Aprel 18:17
22 Aprel 18:12
22 Aprel 18:10
22 Aprel 17:53
22 Aprel 17:42
22 Aprel 17:20
22 Aprel 17:09
22 Aprel 17:08
22 Aprel 16:58
22 Aprel 16:55
22 Aprel 16:50
22 Aprel 16:40
22 Aprel 16:18
22 Aprel 16:10
22 Aprel 16:05
22 Aprel 15:35
22 Aprel 15:32
22 Aprel 15:31
22 Aprel 15:11
22 Aprel 15:09
22 Aprel 15:07
22 Aprel 15:04
22 Aprel 15:02
22 Aprel 14:59
22 Aprel 14:50
22 Aprel 14:37
22 Aprel 13:51
22 Aprel 13:49
22 Aprel 13:47
22 Aprel 13:45
22 Aprel 13:43
22 Aprel 13:42
22 Aprel 13:28
22 Aprel 13:25
22 Aprel 13:24
22 Aprel 12:54
22 Aprel 12:52
22 Aprel 12:49
22 Aprel 12:36
22 Aprel 12:32
22 Aprel 12:27
22 Aprel 12:20
22 Aprel 12:15
22 Aprel 12:13
22 Aprel 12:10
22 Aprel 12:06
22 Aprel 12:03
22 Aprel 11:59
22 Aprel 11:58
22 Aprel 11:55
22 Aprel 11:38
22 Aprel 11:29
22 Aprel 11:27
22 Aprel 11:18
22 Aprel 11:17
22 Aprel 11:10
22 Aprel 11:07
22 Aprel 11:02
22 Aprel 10:54
22 Aprel 10:53
22 Aprel 10:42
22 Aprel 10:33
22 Aprel 10:30
22 Aprel 10:29
22 Aprel 10:00
22 Aprel 09:55
22 Aprel 09:41
22 Aprel 09:40
22 Aprel 09:40
22 Aprel 09:37
22 Aprel 09:34
22 Aprel 09:34
22 Aprel 09:32
22 Aprel 09:28
22 Aprel 09:27
22 Aprel 09:26
22 Aprel 09:23
22 Aprel 09:22
22 Aprel 09:19
22 Aprel 09:16
22 Aprel 09:02
22 Aprel 09:01
22 Aprel 08:38
22 Aprel 08:30
22 Aprel 08:27
22 Aprel 08:11
22 Aprel 08:08
22 Aprel 08:05
22 Aprel 08:02
Ən son xəbərləri səhifəmizdən də izləyin