BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qarabağda görülən işlərin miqyası çox genişdir”

“Vətən müharibəsindən ötən təxminən 1 ildə görülmüş işlər özü də qələbədir. Azərbaycan xalqı və dövləti geridə qalan bu müddət ərzində özünü bir daha təsdiq etdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, qısa müddətdə görülmüş işlər çox möhtəşəm və əvəzolunmazdır: “Vətən müharibəsinin Azərbaycanı sevən hər kəs üçün əhəmiyyəti sonsuzdur. Nəticədə, “torpaqları işğalda olan ölkə vətəndaşı” adı üstümüzdən birdəfəlik götürüldü. Azərbaycan xalqı Vətən müharibəsində özünü bir daha təsdiq etdi. Qələbədən sonrakı bir ilə yaxın müddət də qələbələrlə dolu bir müddət olub. Ötən bir il ərzində, dövlət işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində böyük layihələrə imza atıb. Azərbaycan güclü dövlət olduğuna görə, biz bu işləri reallaşdıra bildik. Nəzərə almaq lazımdır ki, dövlətimiz heç bir maliyyə dəstəyi almadan bütün böyük layihələrin öhdəsindən uğurla gəlir. Ötən müddət ərzində görülmüş işlərə qısa ekskursiya etsək, görərik ki, enerji təchizatı ilə bağlı infrastruktur müasirləşdirilir, su təminatı məsələləri öz həllini tapır,  700 kilometrlik yollar salınır, ağıllı şəhər və kəndlər qurulur, şəhərlərin baş planları tərtib edilir və s. Həmçinin mədəniyyət paytaxtı olan Şuşada yaşayış massivinin təməli qoyub, ırada həm "Xarı bülbül" musiqi festivalı keçirilib, həm də Vaqif poeziya günləri təşkil edilib. Qısacası, görülən işlərin miqyası çox genişdir”.

 

Nəzrin Cavid

Tarix: 8 Sentyabr 2021, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin