BURADA REKLAMINIZ OLA
BİLƏR

“Operativ Qərargah panika yaradacaq ki, uşaqları da vaksinasiyadan keçirmək lazımdır” – İlqar Məmmədov

"Operativ Qərargahın təbii mövsümi proseslərdən manipulyasiya üçün istifadəsi birinci dəfə deyil. Təhsil Nazirliyi, yəqin ki, Operativ Qərargahdan aldığı "pas" nəticəsində bəyan etdi ki, məktəblərin açılması iki həftə ertələnəcək. Bunun üçün heç bir sağlam və xeyirli səbəb yoxdur".

 

Pravda.az xəbər verir ki, bu sözləri ReAl partiyanın rəhbəri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, Operativ Qərargahın məqsədi uşaqların payızda kütləvi şəkildə vaksin kampaniyasına qoşulması üçün bəhanə yaratmaqdır: "Koronavirusun statistikasına baxanda aydın olur ki, virus hansı aylarda daha çox yayılır, hansı aylarda daha yüngül keçir. Misal üçün, ötən ilin oktyabrın 1-dən başlayaraq yoluxma sayı artaraq dekabrda zirvəyə çatıb. Fevralda enib, yenə martdan artmağa başlayan yoluxma apreldə bir daha azalıb. Daha sonra koronavirusla yoluxma iyunda çox aşağı enib və yenidən avqustun sonunda zirvəyə qalxıb. Sentyabrın sonunda yoluxma sayı azalsa da, oktyabrdan yenidən artım olur. Bu növbəti ritmi istifadə edərək demək istəyirlər ki, məktəblər açılmasaydı, yoluxma olmayacaqdı. Məktəblər 15 sentyabrda açılmasaydı, mövsümi proses normal qaydasında gedəcəkdi, yoluxma sayı da aşağı düşəcəkdi. İndi isə sentyabrın sonuna qədər məktəblər bağlı olacaq və məktəblər açılandan sonra yoluxma sürətlənəcək. Yəni əslində bu mövsümi təbii bir prosesdir, amma Operativ Qərargah bunu məktəblərin açılmasının səbəbi kimi qeyd edəcək. Panika yaradacaq ki, uşaqları da tezliklə vaksinasiyadan keçirmək lazımdır. Operativ Qərargahın mövsümi proseslərdən manipulyasiya üçün istifadəsi birinci dəfə deyil. Bunu əvvəllər də edib".

 

Partiya sədri əlavə edib ki, həmişə mövsümi enişin başlaması ərəfəsində Operativ Qərargah xüsusilə sərt qəraralar verir, qaydalar qoyur: "Sonra da deyirler ki, yoluxma sayının azalmasına səbəb sərt qaydalardır. Bu, birinci dəfə deyil, bir neçə dəfə tətbiq olunub. Bu vərdişi indi yeni bir kampaniya - uşaqların kütləvi vaksinasiyası üçün istifadə etmək istəyirlər. Azərbaycan cəmiyyəti bir az ənənəvidir, burada valideynləri uşaqlar üçün vaksinasiyanın vacibliyinə inandırmaq çox çətindir. Təbii olaraq, insanların buna etirazı var. Bu etirazı sındırmaq üçün manipulyasiyadan istifadə etmək istəyirlər. Xatırlatmaq istəyirəm, keçən il Azərbaycanda normadan artıq ölənlərin sayı 16 min 500 nəfər təşkil edir. Bu 16 min 500 nəfərin hamısı 50 yaşdan yuxarı şəxslərdir. Digər yaş qruplarında, xüsusilə də uşaqlarda ölüm sayında heç bir dəyişiklik yoxdur. Deməli, virusun heç bir təsiri olmayıb. Belə olan halda uşaqları nəyə görə kütləvi vaksinasiya prosesinə cəlb etmək lazımdır? Aydındır ki, bu başqa məqsəd və niyyətlərədən irəli gələn proqramdır və bu proqram üçün ictimai informasiya sahəsində bəhanə yaratmaqdan ötrü Operativ Qərargah Təhsil Nazirliyi ilə birgə heç bir əsası, mənası olmayan qərar verərək iki həftə məktəblərin açılışını ertələyib”.

 

Nəzrin

Tarix: 8 Sentyabr 2021, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin