BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış yağacaq

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

 

ETSN-dən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz havanın arabir tutulacağı, Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-19° isti, gündüz 24-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Tarix: 8 Sentyabr 2021, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin