BURADA REKLAMINIZ OLA
BİLƏR

Putinlə Mişel Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilər

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Pravda.az xəbər verir ki, bu barədə Şarl Mişel öz rəsmi tviter hesabında məlumat verib.

Məlumata əsasən, tərəflər söhbət zamanı Azərbaycan-Ermənistan münasibətləri də daxil olmaqla bir neçə mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Belə ki, Şarl Mişel və Vladimir Putin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı perspektivləri müzakirə ediblər. Həmçinin tərəflər Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına və dialoqa ehtiyacın olduğunu da vurğulayıblar.

Tarix: 8 Sentyabr 2021, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin