Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı 1, Varlı 2 və Peyk kəndlərində növbəti görüşü keçirildi. Çoxsaylı secicilərin fəallığı ilə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar.
Fəzail Ağamalı dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən , 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı. Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli Liderimizin yaninda olmağından şərəf duydugunu və dövlətimizin güçünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi və ölkə prezidenti cənab İlham Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri üzərində dayandı.