BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənzili qanunsuz sökülən vətəndaş nə etməlidir? – “Bəzi özəl müəssisələr binaları sökərkən dövlətin adından istifadə edirlər”

"Mülklərin söküntüsü zamanı mülkiyyətçinin istək və tələblər nəzərə alınmalıdır. Belə hallarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti o zaman məsuliyyət daşıyır ki, layihə dövlət layihəsi olsun. Tikinti ilə bağlı müvafiq qərar şəhər icra hakimiyyəti tərəfindən verildiyi halda, məsuliyyət həmin qurumun üzərinə düşür".

 

Bunu Pravda.az-a açıqlamasında ekspert Natiq Cəfərli deyib.

 

 

Ekspert bildirib ki, bu, mülkiyyət hüquqi ilə bağlı məsələdir: "Azərbaycan qanunvericiliyinə görə, dövlət ehtiyacına görə tikilən binada və yaxud da hansısa mülkə qiymət qoyulması ilə bağlı dövlətə üstün səlahiyyət verilir. Hətta belə olan halda belə, vətəndaş qoyulan qiymətlə razılaşmadığı halda, 200 gün müddətində məhkəməyə müraciət edərək qiymətin dəyişdirilməsi ilə bağlı müraciət edə bilər. Ümumiyyətlə, hansısa kommersiya şirkətinin köhnə binanı tikərək həmin ərazidə yeni bina tikməsi qanunla qadağan deyil. Amma burada mülkiyyət hüququnun qorunması vacib şərtdir. Bəzən isə vətəndaşa deyirlər ki, filan ərazinin sökülməsi üçün dövlət tərəfindən 1500 manat təyin edilib. Bu, artıq qanunsuzdur. Çünki dövlət yalnız öz ehtiyacına əsasən aldığı torpaq, mülk, bina barədə qiymət müəyyənləşdirə bilər. Təəssüf ki, bəzi özəl müəssisələr binaları sökərkən dövlətin adından istifadə edirlər. Dövlətin belə qiymət qoyduğunu iddia edib, vətəndaşlara daha aşağı qiymətlər təklif edirlər. Bu, kökündən yanlışdır və mülkiyyət hüququnun pozulması deməkdir".

 

Nəzrin

Tarix: 9 Sentyabr 2021, 07:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin