BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP-ın Ramiz Göyüşovla bağlı açıqlaması tənqid olundu – “Adam sədr ola-ola 30 iyunda işdən çıxarıldığı deyilir”

“Deyilənə görə, YAP Binəqədi təşkilatının sədri Ramiz Göyüşovun özəl görüntüləri yayılıb. Özəl həyatın toxunulmaz olduğuna inanan bir insan kimi bu tipli görüntələrə baxmıram, bu haqda şərh vermək istəmirəm. Mənə maraqlı məsələnin siyasi tərəfidir, YAP-dan məsələ ilə bağlı rəsmi açıqlama diqqətimi çəkdi. Rəsmi məlumatda deyilir ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətinə cari ilin iyunun 30-da keçirilmiş hesabat konfransında artıq xitam verilib. Daxil oldum YAP-ın rəsmi saytına, doğrudan da, 30 iyun tarixində konfrans olub, sədr kimi Ramiz Göyüşov çıxış edib, hesabat dövründə rayon təşkilatının işi qənaətbəxş hesab edilib, vəssalam. Sədrin dəyişdirilməsi ilə bağlı heç bir məlumat yoxdur, daha ötəsi, “Youtube” kanalında tədbirin qısa video-xülasəsi də var, orda da sədr dəyişikliyi haqında məlumat yoxdur, sədr kimi açılışda da, tədbirin sonunda da Ramiz Göyüşov çıxış edib”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ReAl Partiyanın funksioneri Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, Azərbaycanın dövlət-hökumət orqanlarında, dövlət şirkətlərində belə bir qayda var, kim işə qəbul olunursa, iki ərizə yazır: “Birinci ərizə işə qəbulla bağlı yazılır, tarix, imza, yerində olur, ikinci ərizə isə işdən azad edilməsi ilə bağlı ərizə olur, imza çəkilir, amma tarix qoyulmur. Praktika belədir, hər hansı bir işçinin səhvi, ictimai-siyasi “çaşması” olursa, həmin hadisədən 1-2 ay öncəyə həmin ərizədə tarix yazılır, şəxsin hadisədən həftələr öncə işdən azad edildiyi bəyan edilir, iş bağlanır. Deyəsən, eyni praktika YAP-da da var. Adam sədr ola-ola köhnə tarixlə 30 iyunda işdən çıxarıldığı deyilir. Sistem deyil e, multfilmdir...”

Tarix: 9 Sentyabr 2021, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin