BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Əli Əliyevin vaksinlə bağlı çıxışları xalqda xof yarada bilər”

“Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində qalib gəldi. Müharibə nəticəsində erməni terrorçuları ərazilərimizdən qovulub, doğma torpaqlarımıza qovuşduq. Azərbaycan dövləti “Böyük Qayıdış”ı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirir. Tezliklə bütün məcburi köçkünlər dədə-baba yurdlarına qayıdacaq. Əldə edilən zəfər Azərbaycanın iqtisadi inkişafına, regionda mövqeyini qoruyub saxlamasına, daha da güclənməsinə şərait yaradıb. Lakin əldə edilən uğurları, həyata keçirilən işləri görməzdən gələn, düzgün qiymətləndirə bilməyən qüvvələrdə də var. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin son dövrlərdə səsləndirdiyi bəzi fikirlər bu qüvvələrin maraqlarına xidmət edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

M.Cəfərov təəssüf hissi ilə qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri barədə xalq arasında da çaşqınlıq yaradan insanlar mövcuddur: “Türkiyə və Azərbaycan qardaş ölkədir, bu tarixən belə olub, belə də qalacaq. Hazırda regionda ciddi siyasi proseslər gedir, cərəyan edən bütün hadisələr dövlətimizin nəzərindədir. Əli Əliyevin vaksin məsələsindəki çıxışları xalqı daha da narahat edib, xof yarada bilər. Ümumiyyətlə, vaksinasiya əlehinə çıxışlar heç bir dövlətə xeyir gətirməyib, əksinə ziyan vuracaq. Vaksinasiya nə qədər sürətli olsa, bu bəladan da bir o qədər tez qurtularıq. Əks halda təhsil və iqtisadiyyat sahəsində ciddi geriləmə olacaq. İstər postmüharibə dövründə olan quruculuq işlərinə, istərsə də pandemiya ilə mübarizədə dövləti dəstəkləyib, tezliklə rifah yolunu tutmalıyıq. Hər iki proses xalq üçün olduqca vacib və zəruridir. Əksini iddia edən və sübut etməyə çalışanlar xalqı düşünmür”.

 

Kənan

Tarix: 9 Sentyabr 2021, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin