Hakim Yeni Azərbaycan Partiyasında (YAP) növbəti qalmaqal yaşanır. Buna partiyanın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılan intim görüntüləri səbəb olub.
Həmin video R.Göyüşov telefonda yarıçılpaq bir xanımla görüntülü ünsiyyət qurarkən lentə alınıb. Bu ünsiyyət zamanı YAP-çı sədr cinsi ehtiraslarına hakim ola bilməyib. Təbii ki, R.Göyüşovun özü videoçəkilişdən xəbərsiz olub.
YAP artıq hadisəyə rəsmi münasibət bildirərək, Ramiz Göyüşovun əməlini əxlaqi normalara sığmayan hərəkət adlandırıb və bunun partiya tərəfindən hiddətlə qınanıldığını vurğulayıb.
İndi R.Göyüşovun partiya sıralarından uzaqlaşdırılması məsələsini İdarə Heyətinin iclasına çıxarmağa hazırlaşırlar.
Xatırladaq ki, oxşar hadisə bir müddət öncə YAP-ın Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı da baş vermişdi.
O zaman sabiq deputat xanım işçisinə qarşı qeyri-etik hərəkətini əks etdirən məlum video ilə gündəmə gəlmişdi. Həmin görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov rayon təşkilatının sədri vəzifəsindən, partiyanın Veteranlar Şurasının üzvlüyündən, YAP sıralarından, eləcə də çalışıdığı Neft və Sənaye Universitetindəki kafedra müdiri vəzifəsindən azad edildi…