BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prosesə Prezidentin hücum siyasəti doktrinasının sülhün davamlılığını hədəfləyən mühüm mərhələsi kimi yanaşmalıyıq”

 

"Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərin növbəti günündə yollarda pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən, maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları böyük uğurla icra olunub. Etiraf etmək lazımdır ki, dünya baş verənləri sadəcə təlim kimi qəbul etmir və elə biz də bu prosesə hər şeydən öncə prezident İlham Əliyevin hücum siyasəti doktrinasının sülhün davamlılığını hədəfləyən mühüm mərhələsi kimi yanaşmalıyıq".

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

 

"Eyni zamanda bu, bir millətin iki dövlətinin bölgədə stabilliyi təhdid edənlərə kifayət qədər açıq mesajlarıdır ki, səlahiyyət həddini aşanlar, habelə, müharibədəki məğlubiyyətindən dərs çıxarmayanların təxribatlarına bundan daha yaxşı cavab ola bilməz. Son 1 ildə baş verən proseslər sübut edir ki, bölgədə beynəlxalq hüququn və ədalətin təmin olunmasının, sabitliyin bərqərar olunmasının təməlində Azərbaycan ordusunun gücü dayanır. Sülh və sabitliyin davamlılığı üçün isə əsas qarant Türkiyə-Azərbaycan strateji müttəfiqliyidir. Biz Laçından nələr edə biləcəyimiz mesajını verdik, əgər lazımi ünvanlar bizim də təmənna və arzu etdiyimiz kimi nəticə çıxaraqcaqsa bu hər kəsin faydasına olacaq. Əks halda müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun kimi lazımdırsa başa salmaq üçün təcrübəsi də gücü də var" - deputat qeyd edib.

Tarix: 9 Sentyabr 2021, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin