BURADA REKLAMINIZ OLA
BİLƏR

Putindən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyinin hələ məlum olmadığını bildirib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Vladimir Putin “BRİCS” ölkələri liderlərinin onlayn formatda keçirilən sammitində çıxışı zamanı bildirib.

 

“ABŞ və müttəfiqlərinin Əfqanıstandan çıxması yeni böhrana gətirib çıxardı, əvvəlki kimi bunun regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyi naməlum olaraq qalır”, - deyə V. Putin qeyd edib.

 

O vurğulayıb ki, kənardan xarici dəyərlərin Əfqanıstanda tətbiq edilməsinə məsuliyyətsiz cəhdlər edilib və bunun nəticəsində yeni böhran dalğası yaranıb. Rusiya dövlət başçısı onu da qeyd edib ki, bu prosesin fonunda Əfqanıstanın tarixi xüsusiyyətləri, eləcə də insanların riayət elədikləri ənənələr görməzlikdən gəlinib.

Tarix: 9 Sentyabr 2021, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin