BURADA REKLAMINIZ OLA
BİLƏR

"Təəssüf ki, siyasi mövzularda əsas fikir ayrılıqları davam edir" - Zaxarova

“Rusiya Bakı və Yerevan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələri diqqətlə izləyir”.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

 

“Təəssüf ki, siyasi mövzularda əsas fikir ayrılıqları davam edir. Məhz bu səbəbdən, Moskva bu mərhələdə 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli üçtərəfli müqavilələrin bütün müddəalarına ciddi riayət etməyi vacib hesab edir. Söhbət atəşkəsə riayət etməkdən, humanitar məsələlərin həllindən və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasından gedir. Bu cür addımların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və yekun siyasi razılığa gəlinməsinə şərait yaradacağını gözləmək olar”, - deyə Zaxarova qeyd edib.

Tarix: 9 Sentyabr 2021, 19:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin