Xaricdən avtomobil almaq istəyənlər diqqətli olun. Çünkü fırıldaqçıların qurbanına çevirilə bilərsiz. Artıq bəzi şəxslər fırıldaqçılığın qurbanına çevirildiyini iddia edir.belə ki, bir neçə paytaxt sakini Amerikadan avtomobil alıb, amma həmin avtomobilər aylardır Azərbaycana gəlib çıxmayıb. Hətta bəzi avtomobillərin elə Gürcüstanda başqalarına satıldığı deyilir.
Aylar əvvəl alınan avtomobilləri hələ də Bakıya gəlib çıxmayıb.
Amerikadan avtomobil alan bu şəxslər aldadılıblar.Zərərçəkmişlər idda edirlər ki, Səid Əliyev adlı şəxs logistika şirkətlərindən sayılan ''Caucasus Auto İmport'' şirkətinin azərbaycandakı rəsmi dillerliyini həyata keçirir. Həmin şəxs zərərçəkmişləri aldadaraq küllü-miqdarda pullarını mənimsəyib. Səid Əliyev müştərilərdən nağd formasında aldığı daşıma pullarını sözügedən şirkətə ödəməyib. Nəticədə ''Caucasus Auto İmport'' şirkəti tərəfindən Gürcüstana qədər gətirilən avtomobillər daşınma haqları ödənmədiyi üçün elə aylardır oradaca qalıb.