“Azərbaycanın elektrik sektorunda bazara əsaslanan islahatlar bərpa olunan enerji mənbələrini daha qiymət rəqabətli etmək və yaşıl texnologiyalara keçidi sürətləndirmək üçün vacibdir”.
Pravda.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ADA Universitetində keçirilən Regional Enerji Təhlükəsizliyi Simpoziumunda çıxışında deyib.
Diplomat hesab edir ki, özəl investisiyaların cəlb edilməsi də Azərbaycanın bərpa olunan enerji potensialını qurmağı davam etdirməsi üçün əsas olacaq: “Azərbaycanın bərpa olunan enerji sektorunda maraqlı olan xarici müəssisələr üçün düzgün investisiya mühitinin yaradılması üçün açıq və şəffaf tender prosesi lazımdır. Amerika Birləşmiş Ştatlarının qabaqcıl bərpa olunan texnologiyalarla bağlı təcrübəsi var”.