BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-nun koronavirusa görə xəstəxanaya yerləşdirilən tələbəsindən xəbər var

Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən Çin vətəndaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1996-cı il təvəllüdlü Liu Youşa evə buraxılıb.

 

Pravda.az xəbər verir ki, çinli tələbə yanvarın 27-dən xəstəxanada həkim nəzarəti altında saxlanılırdı.

 

Səhiyyə Nazirliyindən bildirilib ki, o, karantin müddəti bitdiyindən bu gün evə buraxılıb və səhhətində heç bir problem yoxdur.

 

Qeyd edək ki, Liu Youşa BDU-nun Tarix fakültəsinin III kursunda təhsil alır. O, yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb.Report

Tarix: 4 Fevral 2020, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin