BURADA REKLAMINIZ OLA
BİLƏR

“SSRİ-ni xortladacaqlar”

 

 

“Lukaşenko ilə Putinin mətbuat konfransına baxdım, təəssüf ki, aylar öncə yazdığımız olur: Qərbin anlaşılmayan siyasəti nəticəsində Batkanı tam Kremlin qucağına qoydular, “İttifaq Dövləti”nin yaranması üçün 28 istiqamətdə sənədlər imzalandı, növbəti addım siyasi, hərbi birlik olacaq, SSRİ-ni xortladacaqlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“Halbuki cəmi 1,5-2 il öncə Belarus Qərblə münasibətləri düzəltməyə çalışırdı, AB ilə saziş üzərində iş gedirdi, indi isə tam Kremlin nəzarətinə keçir-keçəcək. Maraqlı olan odur ki, "Taliban" kimi bir təşkilatla, "daha neyləyək, güc sahibidirlər, gərək görüşək, danışaq, anlaşaq" deyən Qərb, Lukaşenko ilə birbaşa danışmaq istəmir, onu tanımır, bu yanaşma siyasi karikaturadır. İndi bəzi içiboşlar çıxıb deyəcək ki, mən Lukaşenkonun tərəfindəyəm, dəstəkləyirəm. Mənim dərdim başqadır, SSRİ xortlayır, Qərb də post-soveti Rusiyaya güzəştə gedib mənasız siyasət aparır, guya uzun oynayır, 15-20 illik plan qurub Kremli əlavə maliyyə, siyasi ağırlıqla yükləyib zəiflətməyi düşünür. Ola bilər ki, 15 ilə bu alınsın, amma bu 15 il post-sovetdə yaşayanlar zülm çəkməlidirlər?! Daim Şimaldan təhdid yeməlidirlər?! Sabah Donbası tərkibinə qatsa, Xankəndidəki de-fakto tanıdığı qondarma rejimi de-jure tanısa, Qərb nə edəcək?! Yenə mənasız sanksiyalar qoyacaq?! Ümumbəşəri dəyərlərə təməldən inanan, onları təbliğ edən, azad seçki, rəqabətli bazar, ədalətli məhkəmə uğrunda mübarizə aparmağı həyatımın əsas hədəfi seçmiş bir insanam, Qərbi cəlbedici edən məhz bu dəyərlərə sadiq qalması idi, indi baş verənlər isə azadlıqların çərçivəyə salınmasıdır. Əvvəl terror təhdidi, indi də virus "şizofreniyası" ilə azadlıqlar daha da məhdudlaşdırılır və bu çox təhlükəli trenddir...” – N.Cəfərli qeyd edib.

Tarix: 10 Sentyabr 2021, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin