BURADA REKLAMINIZ OLA
BİLƏR

“Moskva 20 il üçün rahatlığını qoruya bilər, ancaq sonrakı illərdə mürəkkəb illəri başlayacaq”

“Şimal axını-2” qaz kəmərinin tikintisi başa çatdı. Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyaya qədər uzanan boru kəmərinə gələn aydan qaz dolduruacaq. Boru kəmərinin illik nəql gücü 55 milyard kubametr qazdır. Rusiya taktiki qələbə çaldı.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Birincisi, Vaşinqtonun boru kəmərinə qarşı müqaviməti nəticə vermədi və ABŞ prezidenti Co Bayden etiraf etdi ki, tikintisi başa çatmaqda olan boru kəmərinin qarşısını ala bilməyəcəklər. İkincisi, Avoparadakı ekoloqların “yeni boru kəməri ətraf üçün təhlükə mənbəyidir” tipli eitazlarını eşidən olmadı. Üçüncüsü, Rusiya Ukraynadan yan keçən boru kəməri ilə Avropaya qaz nəql edəcək. Doğrudur, Moskva Berlinə vəd verib ki, Ukraynadan keçən boru kəmərindən də istifadə ediləcək. Ancaq Moskvanın vədinə inanmağın yanlış olduğunu elə həmin Ukraynada yaxşı bilirlər. Moskva vədlərə, sazişlərə uyğun siyasət yürütsəydi, 1994-cü ildə Budapeştdə imzalanan sazişə zidd olaraq Ukraynanı parçalamaz və Krımı ilhaq etməzdi. Moskva boru kəmərinin tikintisinin başa çatmasına və müxtəlif istiqamətlərdən gələn təzyiqləri neytrallaşdırdığına görə sevinir. Ancaq Kremlin Rusiyanın gələcəyini düşünməsində fayda var. Rusiyanın Avropada əsas qaz alıcısı Almaniyadır. Bu ölkənin kansleri Angella Merkel isə bəyan edib ki, 20 ildən sonra Almaniya Rusiyadan daha qaz almayacaq və nə “Şimal axını” marşrutuna, nə də Ukraynadan keçən boru xəttinə ehtiyac duyacaq. Berlin 2045-ci ildən yaşıl enerjiyə keçidi tamamlayacaq. Əlbəttə, Moskva 20 il üçün rahatlığını qoruya bilər, ancaq sonrakı illərdə mürəkkəb illəri başlayacaq. Rusiyanın 20 il ərzində enerji daşıyıcılarından qurtulacağını gözləmək əbəsdir, neft və qaz satışından asılı olan ölkənin alternativ iqtisadiyyat yaradacağına heç özləri də inanmır” – E.Şahinoğlu qeyd edib.

Tarix: 10 Sentyabr 2021, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin