BURADA REKLAMINIZ OLA
BİLƏR

“Keçmiş jurnalist Xədicə İsmayıl mənə qarşı mənəviyyatbaz, anti-dialoq statusu niyə yazsın ki?”

“Dünən Prezident Administrasiyasının partiyalarla görüşündə QHT qanunvericiliyinin yaxşılaşdırılması çağırışı ilə növbəti dəfə təkidli çıxış etdim. Amma görünür, siyasi dialoqun bu hissəsi hakimiyyətin daxilindəki bəzi qüvvələrə, eləcə də QHT-lər üçün hüquqi şəraitin pis olması səbəbilə ölkəyə xəlvəti yollarla axıdılan qrantların vasitəçilərinə sərf eləmir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

“Yoxsa ki, keçmiş jurnalist Xədicə İsmayıl mənə qarşı dərhal, çox güman elə həmin dairələrin sifarişi ilə daha bir mənəviyyatbaz, anti-dialoq statusu niyə yazsın ki? Və bu dairələrdən ən azından birinin iqtisadi-siyasi maraqlarının keşiyində duran sosial şəbəkə manipulyatorları o statusa niyə o dəqiqə fəal dəstək versinlər ki? Fikrimcə, QHT sektorunun 2013-cü ildən başlayaraq kölgəyə sıxışdırılması həm iqtidardakı bəzi çevrələrə, həm də onlarla əlbir olan “müxalif” qruplara sərf edir. REAL-ın istədiyi qanunun qarşısını kəsən də onlardır, birlikdə, çünki dəyişiklik birinin maddi imkanlarına, digərinin isə əməliyyat şəraitinə uyğun gəlmir.

 

Bu müqavimətə baxmayaraq, REAL partiyası QHT qanunvericiliyinin yaxşılaşdırılması, sahənin şəffaflaşdırılmasına yönəlik qanun layihəsini Milli Məclisə təqdim edəcək” – İ.Məmmədov qeyd edib.

Tarix: 10 Sentyabr 2021, 20:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin