BURADA REKLAMINIZ OLA
BİLƏR

İdarə Heyətinin üzvü: “YAP-ın yeni reallıqlara uyğun fəaliyyət göstərməsi vacibdir”

"Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin sonuncu iclasında müzakirə edilən məsələlər mühüm əhəmiyyətə malikdir. Bir sıra yeni təyinatların olması, əsasnamələrin qəbul edilməsi vacib nüanslardır. Yeni təyin olunmuş nümayəndələr də partiyanın onlara həvalə etdiyi vəzifənin öhdəsindən məsuliyyətlə gəlməyə çalışacaqlarına dair açıqlama verdilər. Hesab edirəm ki, yenilik və dəyişikliklərdə narazılıq yaradan heç bir səbəb yoxdur".

 

Bunu Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, deputat Cavid Osmanov deyib.

 

C.Osmanovun sözlərinə görə, iclas da sübut etdi ki, cari ildə keçirilən VII qurultay partiyanın yeni mərhələsinin başlanğıcı olub: "Bu ilin martın 5-də keçirilən qurultayda qəbul edilən nizamnaməyə əsasən, rayon-şəhər təşkilat sədləri ikili vəzifə daşıya bilməzlər. Buna əsasən də, bir sıra yeniliklər və dəyişikliklər oldu. Onu da qeyd edim ki, yeni təyinatların hər biri YAP-da uzun müddət fəaliyyət göstərmiş əməkdaşlara həvalə edildi. Bütün bunlar onu deməyə əsas verir ki, VII qurultay partiyanın həyatında yeni mərhələnin başlanmasına səbəb olub. Ötəngünkü dəyişiklər də olduqca vacib qərarlardır. Bundan sonrakı mərhələdə də partiyanın yeni reallıqlara uyğun fəaliyyət göstərməsi vacibdir. Ümumiyyətlə, yaradıcısı Ulu öndər, sədri Prezident İlham Əliyev və birinci müavini Mehriban Əliyeva olan Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinə davam etməsi baxımından da yeni təyinatlara məsuliyyət düşür. Partiyada müəyyən yeni canlanmanın da şahidiyik. Yeni dəyişikliklər, yeni prinsiplər, yeni təyinatlar partiyanın həyatında mühüm yer tutur. Bundan başqa, sonuncu qurultayda formalaşan Gənclər Birliyinin, həmçinin Veteranlar Şurasının əsasnamələri qəbul edildi. Eyni zamanda, rayon-şəhər təşkilatlarının əsasnaməsinin qəbul edilməsi də bir yenilik idi. Veteranlar Şurasına seçilən 3 yeni üzv kifayət qədər təcrübəli və partiyanın həyatında mühüm yer tutan ictimai-siyasi xadimlərdir. İdarə Heyətinin genişləndirilmiş tərkibdə iclasının keçirilməsi, hədəflərə çatmaq üçün bir sıra məsələlərin müzakirəsi ciddi əhəmiyyətə malikdir".

 

Nəzrin

Tarix: 11 Sentyabr 2021, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin