BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Əzizov Kiyev İnvestisiya Forumunda iştirak etdi

Ukraynanın paytaxtı Kiyev şəhərinə rəsmi səfərə gələn Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri burada keçirilən Kiyev İnvestisiya Forumunda iştirak ediblər.

 

BŞİH-dən verilən məlumata görə, Eldar Əzizov Forumda Bakı şəhərinin inkişafı haqqında geniş məlumat verib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyev İnvestisiya Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Bakı şəhəri çox surətlə inkişaf edir. Bu gün Bakı regionun iqtisadi və mədəniyyət mərkəzi kimi inkişaf etməkdə davam edir.

 

Eldar Əzizov bildirib ki, pandemiya dövründə koronavirusa qarşı mübarizənin yaratdığı çətinliklərə baxmayaraq, Bakı şəhərində iri infrastruktur layihələr gerçəkləşdirilir, yeni məktəblər, uşaq bağçaları tikilir və əsaslı təmir edilir, yollar salınır, yenilənir.

 

Forum iştirakçılarına erməni millətçilərinin işğal altında olmuş ərazilərimizdə törətdikləri vandalizm faktları, dağıdılan şəhər və kəndlər, mədəniyyət abidələri barədə də məlumat verilib.

 

Forumda çıxış edən Kiyev meri Vitali Kliçko bildirib ki, Bakı surətli inkişafına görə dünyanın top şəhərləri arasındadır: “Kiyev şəhərinin inkişafında Bakının təcrübəsindən yararlanmaqda israrlıyıq”.

 

Sonra panellər üzrə davam edən Kiyev İnvestisiya Forumunda müxtəlif təqdimatlar keçirilib.

Fotoları təqdim edirik
Tarix: 11 Sentyabr 2021, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin