BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Cəfərov: “İranın separatçılara yardım etməsi Azərbaycana xəyanətdir”

“İran hakimiyyəti hər zaman ermənipərəst mövqeyini nümayiş etdirib. Cənub qonşumuz gizlətmir ki, Ermənistan onlar üçün Azərbaycandan daha vacib tərəfdaşdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

M.Cəfərov bildirib ki, 30 illik işğal müddətində İranın separatçı qurumla işbirliyi qurması, işğal altındakı Azərbaycan ərazilərində birgə qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair saysız-hesabsız informasiyalar, faktlar var: “Əvvələr də işğal edilmiş ərazilərində beynəlxalq normalara zidd iqtisadi fəaliyyətin şahidi olurduq. Hazırda da İranın Laçın dəhlizi vasitəsilə separatçılara yük daşıdığına dair çoxlu fakt və görüntülər var. İranın seperatçıları  yanacaqla təchiz etməsi, onlara ərzaq və digər zəruri mallar çatdırması, xüsusən də Azərbaycanın İrana qarşı fəaliyyətdə heç vaxt iştirak etmədiyi, nə qədər çətin olsa da, təzyiqlərə tab gətirib, bu ölkəyə qarşı sanksiyalara qoşulmadığı bir vaxtda baş verir. Qərblə İran arasında münasibətlərin ən kəskin, ən kritik mərhələlərində belə Azərbaycan dövləti bəyan edib ki, öz qonşusuna qarşı hər hansı təzyiqdə, hərbi kampaniyalarda və sanksiyalarda iştirakçı olmayacaq. Əksinə, Azərbaycan həmişə İranla sıx qonşuluq və tərəfdaşlıq münasibətlərinə can atıb, bir sıra mühüm regional layihələrdə onunla tərəfdaşdır. Hazırki çətin günlərdə, dünyanı bürümüş koronavirus pandemiyasının İranda minlərlə adamın ölümünə səbəb olduğu bir vaxtda da Azərbaycan öz qonşusuna yardım əli uzatdı. Bu ölkəyə koronavirusla mübarizə üçün 5 milyon dollar humanitar  yardım edildi. İran qonşuluq, vahid din birliyi məsələsini unudub, Azərbaycan hökümətinin ona qarşı humanist dəyərlərinə qarşılıq olaraq təxribatlardan əl çəkməlidir. İran tərəfi hər dəfə haqlarında deyilən təxribat haqda məlumatları cəfəngiyyat adlandırıb və iki ölkə arasında müəyyən qüvvələrin Tehran və Bakı arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirdiyini bildirib. Artıq İran separatçılara gizli şəkildə yardım etmək istəyini dəfələrlə təkrarlaması Azərbaycan hökumətinə olan xəyanətdir”.

 

Kənan Mirzəyev

Tarix: 11 Sentyabr 2021, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin