Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Cavid Osmanov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş polkovnik leytenant Əliyev Atəm Vaqif oğlunun ailəsini ziyarət edib, ailə üzvləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirib.
Cavid Osmanov şəhid övladını doğum günü münasibəti ilə təbrik etdi - FOTO
Pravda.az-ın xəbərinə görə, deputat şəhidin övladı Vaqifi təbrik edərək ona hədiyyə təqdim edib, hər zaman dövlət səviyyəsində uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan danışıb, uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib.
Şəhidin ailə üzvləri Atəm Əliyev ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.