BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: “Xədicə İsmayıl və əməliyyat əhli ölkə rəhbərliyi ilə dialoq apardığımızı eşidəndə çox rahatsız olurlar”

“Xədicə İsmayıl və dövlətin əməliyyat əhli “sivil toplum qanunları” mövzusunda ölkə rəhbərliyi ilə dialoq apardığımızı eşidəndə çox rahatsız olur.  Çünki hüquqi qaranlıq şəraitində qrant çaylarının yatağını biri qazıb ürəyi istədiyi kimi yönəldəndə, digəri isə axınları peşəsindən doya-doya seyr edəndə, heç biri işsiz və çörəksiz qalmır.  Ortaqlaşıblar bəlkə də”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

İ.Məmmədov vurğulayıb ki, bu ortaqlığı müflis etməkdən ötrü QHT qanunvericiliyi qısa zamanda daha sərbəst hala gətirilməlidir: “Qanunlara dəyişiklik paketini REAL hazırlayıb. Bu gün onu müzakirənizə çıxarırıq. Təzə açılan platforma saytımız elə qurulub ki, mətnə öz əlavə və dəyişikliklərinizi Vikipediyada olduğu kimi birbaşa saytda edə bilərsiniz. Onları nəzərdən keçirib qərar verəcəyik. İctimai müzakirənin nəticəsi olaraq, paketi Milli Məclisin payız sessiyasına göndərəcəyik”.

Tarix: 12 Sentyabr 2021, 00:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin