BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əsas odur ki, ürəyimdə yaşlanmıram” - Qubad İbadoğlu

 

“Özünü gənc hiss etmək heç vaxt gec deyil, bunu əlli yaşımın tamam olduğu gün deyirəm. Mən də zaman boyu səfərdə olaraq, uşaqlığı, cavanlığı geridə qoyub,  bu tarixdə 50 yaşa çatdım. Təəccüblənməyin, 50  yaşda görünmədiyimi bilirəm.  Əsas odur ki, ürəyimdə yaşlanmıram. Həm də 50 yaşda olsam da, hələ də bəzilərindən  gəncəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

 

“Xalq şairi Bəxtiyar Vahabzadə 1975-ci ildə ömrünün əlli illiyində “Yaşıdlarım” haqqında yazdığı şeirdə bu yaşı cavanlığın axırı, qocalığın əvvəli kimi təqdim edirdi. Cavanlığın axırında 50 yaşım və sizin kimi sədaqətli dostlarım, ADR-də cəmləşən etibarlı əqidə yoldaşlarım,  müstəqil düşüncəli sevimli övladlarım, vəfalı ömür-gün yoldaşım, səbirsizliklə zəngimi gözləyən mələk üzlü  anam, mehriban qardaşlarım, əzizlərim, doğmalarım, bir də bu yaşa qədər unudulmaz xatirələrim varsa,  deməli, həyatı nahaq yerə yaşamamışam. Qocalığın, həm də yeni dövrün başlanğıcında da hesab edirəm ki, sizinlə birlikdə görəcəyimiz işlər çoxdur. Yaxın illər üçün tükənməz enerjim,  çoxlu arzularım və böyük planlarım mövcuddur. Əminəm ki, burda da (London – red) xalqımız üçün vacib və faydalı olanları  tezliklə  gerçəkləşdirib, 50 yaşımın  qeyd olunması məsələsinə vətənə dönəndə təkrar qayıdacağıq” – Q.İbadoğlu qeyd edib.

Tarix: 12 Sentyabr 2021, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin