Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

“TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər"

1 512
Paylaş:
“TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər"

Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq edilə bilər.

Pravda.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib.

Oktay bildirib ki, “TURKOVAC” vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparılır:

"Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".

Vitse-prezident yerli peyvənd "TURKOVAC"ın bütün dünyada istifadə edilən peyvənd halına gəlməsi və beynəlxalq keyfiyyət əldə etməsi üçün əhəmiyyətli addımların atıldığını vurğulayıb.

Report

Paylaş:

Ən son xəbərlər