“Azərbaycan Türkiyə dövlətləri arasında olan münasibətlər strateji müttəfiqliklik səviyyəsindədir. Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərimiz özünün ən yüksək səviyyəsinə çatıb. İki dövlər qarşılıqlı şəkildə öz üzərlərinə öhdəliklər götürüblər. Bununla da bir-birinə istənilən yardımı, eyni zamanda hərbi dəstəyi həyata keçirmək hüququna malikdirlər”.
Bu sözləri millət vəkili Elman Nəsirov bildirib.
O, həmçinin qeyd edib ki, iki dövlət arasında birgə hərbi təlimlərin həyata keçirilməsi məntiqidir.
“Bu ilin yay fəslində də Türkiyə və Azərbaycan arasında bir neçə əhəmiyyətli birgə hərbi təlimlər həyata keçirilib. Sentyabrın 17-nə qədər Konya şəhərində Azərbaycan və Türkiyə hava qüvvələrinin hərbi təlimləri keçirilir.