BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov şəhid ailələri ilə görüşdü - FOTOLAR

 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov Vətən müharibəsində rayonun Pirəzə kəndinin şəhidi Əhmədov Elnur Ehtibar oğlunun, Ağzıbir kəndinin şəhidi İbrahimxəlilov Soyxan Eldəniz oğlunun, Ərəbocağı kəndinin şəhidləri İdrisov Xəyal İbrahim oğlunun və Kərimli Nihad Teymur oğlunun ailə üzvləri ilə görüşüb.

 

Eyni zamanda Qaradeyin kəndinin şəhidi Abbasov Nemət Elçin oğlunun Xırdalan şəhərində yaşayan ailə üzvləri də ziyarət olunmuşdur. Onların qayğı və problemləri ilə maraqlanan millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində saxlanılacağını, həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyini  bildirmişdir.

 

Şəhid ailələri ilə söhbət zamanı 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu söylənilmişdir. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyi vurğulanaraq belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkür bildirilmişdir. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağı və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılmışdır.

 

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. 

Tarix: 13 Sentyabr 2021, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin