"Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun məqsədi təlimin fəaliyyət sahələrinin təsis edilməsinə dair ümumi prinsip və prosedurları və qüvvələrə ev sahibi ölkə tərəfindən göstərilən və ya ev sahibi ölkə tərəfindən dəstəklənən təlimin dislokasiya, icra müddəti və dislokasiyanı dəyişmə mərhələləri ilə bağlı müddəaları müəyyənləşdirməkdir.
Pravda.az-ın xəbərinə görə, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, anlaşma memarondumu tərəflər arasında bağlanmış 1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim – təhsil haqqında müqavilə” və 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş”in müddəaları əsas götürülərək imzalanıb.