BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşar Nurinin qızı: "Rüfət Axundov bu günə qədər mənə dəstək olmayıb" - VİDEO

Xalq artsiti Yaşar Nurinin qızı Ülkər qohumları ilə bağlı maraqlı açıqlama verib.

 

Pravda.az-ın xəbərinə görə, Ülkər "Yeməyə nə var" verilişində bibisioğlu müğənni Rüfət Axundovun ona etdiyi hörmətsizlikdən danışıb.

 

"4 ildir ki, müğənni kimi fəaliyyət göstərirəm. Ömür boyu atamın qarşısında oxuyurdum. Atam bu gün yaşasaydı, daha yüksəkdə olardım. Rüfət bibimoğludur indiyə kimi sənət fəaliyyətimdə bir dəfə də olsun dəstək olmayıb. Heç kimdən maddi dəstəyə ehtiyacım yoxdur. Amma bibimoğlu qardaş kimidir mənə əlbəttə ki, ondan nəsə ummuşam. Ondan özümə mənəvi dəstək görməyəndə inciyirəm".

 

Ülkər hətta tədbirlərin birində ona qarşı etdiyi hərəkəti də dilə gətiirb. "Bir dəfə eyni tədbirdə idik. Rüfət gəlib salamlaşdı. Duet ortağımda yanımda idi. Dedi bu niyə belə salamlaşdı. Yəni Rüfət elə salamlaşır, ondansa salam verməsə yaxşı olar".

 

Tarix: 4 Fevral 2020, 19:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin