BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tələbə yataqxanalarında qiymət və şərait necədir? - VİDEO

Paytaxt Bakıdakı tələbə yataqxanaları yenilənir. Yataqxanalar üç hissəyə bölünür.

 

Pravda.az-ın məlumatına görə, keçən ilin mart ayından  pamdemiya səbəbilə qapılarını tələbələrin üzünə bağlayan Memarlıq və İnşaat Universitetinin yataqxanası  bu bir ili özü üçün zaman bilərək tamamilə yenilənib.

 

Doqquz mərtəbədən ibarət tələbə evinin hər otağı 3 tələbə üçün nəzərdə tutulub. Bundan əlavə, mətbəx, idman zalı, kitabxana, duş otaqları  da mövcuddur.

 

Qiymət isə bütün kommunlar xərclər daxil  aylıq 40 manatdır.

 

Azərbaycan Dillər Universiteti isə işləyən tələbələri nəzərə alaraq ümumiyyətlə fəaliyyətini dayandırmayıb. Kommunal ödənişlər də daxil olmaqla aya 20 manat ödənilir. Burada həm Azərbaycan Dillər Universitetinin, həm də digər ali məktəblərin qız tələbələri qala bilirlər.

 

Bakı Dövlət Universitetinin 5 mərtəbəlik tələbə evində isə 104 standart otaq var.  Otaqların bəzilərində 2, bəzilərində 3 nəfər qala bilər.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Texniki Universitetinin 6 yataqxana binasında isə məcburi köçkünlər məskunlaşıb. Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərovanın sözlərinə görə, hazırda  yataqxana kompleksi yaşayış standartlarına cavab vermir. Məcburi köçkünlər tərəfindən su, elektrik və qaz xətləri, habelə kanalzasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib.

 

Tarix: 14 Sentyabr 2021, 08:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin