Məzmuna keç
Pravda.az — xəbər portalı
İdman

Nağı Səfərov yenidən Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçildi

1 093
Paylaş:
Nağı Səfərov yenidən Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçildi

Avropa Taekvondo Birliyinin (ATB) növbəti Baş Assemblyası keçirilib.

Pravda.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutan toplantıda ATB-nin prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. O, yenidən ATB-nin İdarə Heyətinə üzv seçilib. 14 üzvü olan İdarə Heyəti növbəti 4 il müddətində qurumun inkişaf strategiyasını müəyyən edəcəklər.

Baş Assemblyanın yekununa əsasən Sakis Praqalos Avropa Taekvondo Birliyinin prezidenti kimi fəaliyyətini 2025-ci ilədək davam etdirəcək.

Paylaş:

Ən son xəbərlər