BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar müzakirələrə səbəb olan fotodan danışdı: “Şərfdə əks olunan rənglərin LGBT-yə aidiyyatı yoxdur” - VİDEO

"Gəncə şəhəri 2016-cı ildə Avropa gənclər paytaxtı seçilib. Layihə çərçivəsində qalib simvolik açarın Gəncəyə gətirilməsi mərasimi təşkil edilib və mərasimdə Gəncə şəhərindən rəsmilər iştirak ediblər. Biz şəkildən göründüyü kimi, ulu öndərin abidəsini ziyarət edirik və burada LGBT-nin təbliği ilə bağlı səsləndirilən ittiihamların heç bir əsası yoxdur. Bu fikir o vaxt da ortaya atılmışdı və tutarlı cavab verilmişdi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Gəncə şəhərindən seçilən deputatı Naqif Həmzəyev sosial şəbəkələrdə yenidən müzakirələrə səbəb olan foto barədə danışarkən deyib.

 

Deputat bildirib ki, bu fotoda istifadə edilən şərfin rənglərinin LGBT ilə heç bir əlaqəsi yoxdur: "Şərfdə istifadə edilən rənglər həm düzülüşü, həm də formasına görə LGBT-nin bayrağından fərqlidir. Həmçinin layihədə təqdim edilən rəngarəng dizayn sadəcə olaraq, məhz bu layihədə qalib gəlmək üçün təqdim edilən bir çox ideyanı özündə əks etdirir. İdeyalara təhsil, məşğulluq problemi, gənclərin Avropaya inteqrasiyası və s. aiddir. Bunun qətiyyən LGBT ilə heç bir əlaqəsi yoxdur. Hətta o vaxt möhtərəm cənab Prezident İlham Əliyev bu layihənin Gəncədə uğurla həyata keçirilməsi üçün bir milyon manat vəsait ayırdı və bununla yanaşı, Gənclər Fondu tərəfindən xüsusi qrant müsabiqəsi elan edildi və layihənin icrası uğurla başa çatdı. Təəssüflər olsun ki, həmişə olduğu kimi hazırda da uğurlara kölgə salan və qarayaxma ilə məşğul olan sapı özümüzdən olan baltalar var. Bu baltalar hər vəchlə bütün uğurlara kölgə salmaq niyyətindədirlər. Xahiş edirəm ki, heç kim bu cür yanlış informasiyalara, təxribatlara aldanmasın. Ümid edirəm ki, yeni təyin olunmuş gənclər və idman naziri gənclər siyasətinin uğurla həyata keçirilməsinə dəstək verəcək, Gəncə şəhərinin 2016-cı ildə qazandığı uğurun digər şəhər və rayonlarda da təkrarlanmasına nail ola biləcəyik. Avropa Gənclər paytaxtının loqosunda istifadə edilən rənglər 5 ədəddir, sadəcə olaraq, ardıcıl düzüldüyünə görə, dizayn o cür alınıb. Ona görə də, belə şübhələr yaranır. Bir daha qeyd edirəm, bayrağın LGBT ilə heç bir əlaqəsi yoxdur. Məqsədimiz, sadəcə müsabiqədə qalib gəlmək üçün Avropa dəyərlərinin hər birini özündə əks etdirən bayraq təqdim etmək olub. Təəssüf edirəm ki, Gəncə şəhərinin qazandığı uğura hələ də kölgə salmaq istəyirlər".

 

Gəncə şəhərinin o illərdə Gənclər və idman baş idarəsinin müdiri olan, deputat Müşfiq Cəfərov da bu şərflərin layihə çərçivəsində hazırlandığını bildirib:

 

 

“Mən sosial şəbəkələrdə yayılan və haqqında səhv məlumat verilən şəkil haqqında bildirmək istəyirəm ki, həmin şəkil 2016-cı ildə Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi münasibətilə təşkil olunmuş tədbir zamanı çəkilib. Şəkildəki istifadə olunan şərflərdəki rənglər LGBT rəngləri deyil, Avropada da geniş istifadə olunan rəngarəngliyin ifadəsidir. Burada əsas məqsəd əvvəli qara və boz monotonluqdan fərqli simvolik loqo yaratmaq idi. Lakin sonralar müzakirələrə səbəb olduğundan bu loqonu 3 rəngli başqa simvolla əvəz etdik. Diqqətlə baxsaq görünər ki, orada rəng ardıcıllığı və seçilmiş rənglər də fərqlidir”.

 

Nəzrin

 

Fotoları təqdim edirik
Tarix: 14 Sentyabr 2021, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin