“Tarixi yaddaşımızı işlək saxlamaq şərtilə, əməkdaşlıq mühiti bərpa olunduğu təqdirdə Ermənistana getmək qəbahət sayıla bilməz. Mən böyük siyasətdən danışıram. Sosial şəbəkələrdə cılız adamların öz savad, bilik və düşüncələrinə görə müxtəlif fikirlər bildirmələri öz problemləridir. O siyasətdən danışıram ki, gələcəkdə Azərbaycana dividentlər gətirə bilər. Nəzərə almaq lazımdır ki, nifrət hissi ilə yaşayan dövlətlərə beynəlxalq aləmdə münasibət birmənalı olmur”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, sosial şəbəkələrdə müzakirələrə səbəb olan "sülh sazişi imzalanarsa, Ermənistana gediş-gəlişdə heç bir qəbahət yoxdur" fikrinə aydınlıq gətirib: “Sosial şəbəkələrdə real siyasətdən qat-qat uzaq olan adamlar var. Bundan başqa, həm ağıllı düşüncə sahibləri, eyni zamanda bütün siyasi proseslərdən uzaq duran və sosial şəbəkələri yalnız əyləncə məkanı kimi istifadə edənlər də az deyil. Lakin təəssüflər olsun ki, sosial şəbəkələrdə, həmçinin qaragüruhçu qüvvələr də var ki, onlar hər şeyi ləkələmək və hər şeyə kölgə salmaq istəyirlər. Prezident İlham Əliyev deyib ki, biz Ermənistanla əməkdaşlıq etməyə hazırıq, lakin bu, Ermənistanın davranışından asılıdır. Əgər Ermənistan sülh müqaviləsi imzalayarsa, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və toxunulmazlığını tanıyarsa, sərhədlərin demarkasiya və delimitasiyası həyata keçirilərsə, təxribatlara son qoyularsa, Zəngəzur dəhlizinin işə salınmasına şərait yaradılarsa və minalanmış ərazilərin xəritələri Azərbaycana təhvil verilərsə, münasibət bərpa olunacaq. Cənab Prezident, həmçinin digər həqiqəti də vurğulayıb ki, biz təbii ki, Ermənistanın Azərbaycana qarşı genosid siyasətini unutmamalıyıq. Yəni, doğrudur, biz daimi düşmən ola bilmərik, amma şəhidləri və bütün bu olanları unutmamaq şərtilə. Yeni reallıqda Ermənistanla əməkdaşlıq bərpa oluna bilər, amma arxayın olmaq olmaz. Bilirik ki, 1905-1907-ci illərdə arxayınlıq etdik, 1918-ci il hadisələri baş verdi, 1918-ci ildən sonra isə 1948-53-ci illər deportasiyası başladı. Daha sonra 1988-1992-ci illər hadisələri və s. Tarixi yaddaşımızı hər zaman işlək saxlamaq şərtilə əməkdaşlıq bərpa oluna bilər. Tutaq ki, sülh sazişi imzalanıb və qeyd olunan hər şey öz həllini tapıb, belə olanda halda Ermənistanın ev sahibliyi etdiyi hansısa beynəlxalq tədbirdə iştirak üçün dəvət almış Azərbaycan nümayəndəliyinin Ermənistana getməsində qəbahət yoxdur. Nəzərə almaq lazımdır ki, uzun illər Almaniya və Fransa da bir-birinə düşmən kimi baxıblar, lakin indi Avropa İttifaqının ən böyük iki üzvü hesab edilirlər. Beynəlxalq ictimaiyyət də görməlidir ki, Azərbaycan nifrət hissi ilə yaşamır".
Nəzrin Cavid
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
27 Mart 14:03
27 Mart 13:34
27 Mart 13:23
27 Mart 13:16
27 Mart 12:53
27 Mart 12:40
27 Mart 12:27
27 Mart 12:24
27 Mart 12:23
27 Mart 12:20
27 Mart 12:18
27 Mart 12:14
27 Mart 12:05
27 Mart 11:54
27 Mart 11:52
27 Mart 11:50
27 Mart 11:42
27 Mart 11:40
27 Mart 11:37
27 Mart 11:24
27 Mart 11:16
27 Mart 10:44
27 Mart 10:41
27 Mart 10:37
27 Mart 10:27
27 Mart 10:21
27 Mart 10:15
27 Mart 10:13
27 Mart 10:10
27 Mart 10:05
27 Mart 09:48
27 Mart 09:25
27 Mart 09:23
27 Mart 08:55
27 Mart 08:53
27 Mart 08:50
27 Mart 08:48
27 Mart 08:46
27 Mart 08:45
Ən son xəbərləri səhifəmizdən də izləyin