BURADA REKLAMINIZ OLA
BİLƏR

Elməddin Cəfərov xəstəxana yerləşdirildi - Üz siniri iltihablaşıb

Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində problemlər yaranıb.

Pravda.az xəbər verir ki, bu barədə ATV-də “7 canlı” axşam şousunda süjet yayımlanıb. Videomaterialda bildirilir ki, aktyorun qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib.

Canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib:

“Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam”.Oxu.az

Tarix: 4 Fevral 2020, 21:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin