BURADA REKLAMINIZ OLA
BİLƏR

ÜST-dən COVİD pasportu ilə bağlı açıqlama

“Səyahət üçün peyvənd pasportlarının tələb edilməsi ayrı-seçkilikdir”.

 

Pravda.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Qebreyesus deyib. Onun sözlərinə görə, vaksin ayrı-seçkiliyi müxtəlif neqativ nəticələrə, sosial və iqtisadi sabitliyin pozulmasına gətirib çıxaracaq.

 

“Vaksin pasportlarının səyahət üçün bir şərt olaraq istifadə edilməsini istəmirik. Bu diskriminasiyaya gətirib çıxaracaq”, - deyə Qebreyesus bildirib. O əlavə edib ki, yalnız peyvəndlər dünya miqyasında əlçatan olarsa, vaksin pasportları tətbiq oluna bilər. ÜST rəhbəri söyləyib ki, təşkilat sənədlərin ümumilikdə qəbul edilmiş versiyasını razılaşdırmaq üçün artıq dövlətlərlə işə başlayıb.

Tarix: 14 Sentyabr 2021, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin