15 sentyabr Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında keçiriləcək yürüşləri ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 15.09.2021-ci il tarixində səhər saat 9:00-dan mərasim tam başa çatanadək şəhərin qeyd olunan istiqamətlərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.