"Mən Rövşən Əkbərova ömürlük həbs cəzası istəyirəm. Çünki o da bizə ömürlük cəza verib”.
Pravda.az xəbər verir ki, bu sözləri 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilən iş adamı Elçin Əliyevin anası Səmayə Əliyeva deyib.
Oğlunun ölümündə yalnız Rövşən Əkbərovu təqsirli bilən ana günahkarın tezliklə cəzasını çəkməsini istəyib:
"O, bizim ailəni tarı-mar edib. Mənim ömrümü hədər elədi. Bəndələrdən yox, Allahdan ona ömürlük cəza istəyirəm. Yüzdən artıq şahid var. Hamısı oğlumu Rövşən Əkbərovun öldürdüyünü təsdiq edir. Hər kəs bilir ki, bu qətli Rövşən törədib və heç kim də deyə bilməz ki, o eləməyib. Şəxsən mən də bunu təsdiq edirəm. Rövşən oğluma zəng edəndə yanındaydım. Cinayətkar cəzasını çəksin, başqa heç nə istəmirəm”, - deyə Səmayə Əliyeva əlavə edib.
Rəsmi məlumata görə Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında mübahisə yaranıb.