“Şaurma N1” restoranlar şəbəkəsinin şəriki, bir müddət öncə “12-ci İmam” kimi təqdim edilərək vətəndaşlara qarşı dələduzluq etdiyi iddiası ilə həbs olunan sahibkar Aqil Babayevin ailəsi təyziqlərə məruz qaldığını iddia edib.
Bu barədə A.Babayevin bacısı Mətanət Babayeva məlumat verib. O bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub:
“Baş Dövlət Yol Polisi tərəfindən “99-VD-699” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtonəqliyyat vasitəmin istifadəsinə məhdudiyyət qoyulması barədə mənə məktub göndərilib. Hüquq-mühafizə orqanları bu yolla bizi Aqilin qanunsuz həbsi ilə bağlı şikayət etməkdən, məsələni ictimailəşdirməkdən çəkindirməyə çalışır.
Qardaşımın evindən 9 milyon manat pul və qızıl-zinət əşyaları aparılıb. Bu barədə aidiyyəti orqanlara şikayət etsək də, məsələ araşdırılmır. Əksinə qardaşım şərlənərək “12-ci İmam Mehdi” adı ilə heç bir dəlil olmadan həbs edilib.