Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun növbəti onlayn iclası keçirilib.
Pravda.az xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi toplantıda işğaldan azad edilmiş ərazilərin planlaşdırma sənədlərinin hazırlanması, regiondakı yaşayış məntəqələrinin yenidənqurması, zəruri infrastrukturun yaradılması və yerli əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində aparılan işlərin icra vəziyyəti haqqında məlumat verilib.
Bildirilib ki, planlaşdırma sənədlərinin təyin olunmuş müddətdə hazırlanaraq başa çatdırılması üçün işğaldan azad olunmuş ərazilərdə müvafiq qurumlar tərəfindən hazırda görülən və planlaşdırılan işlərin əlaqələndirilməsi, məlumat mübadiləsi vacib məsələlərdəndir.