Dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.
Pravda.az-ın xəbərinə görə, X. Səfixanov narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. X. Səfixanov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin, metafitamin və tramadol həbi aşkar edilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və məhkəmə tərəfindən X. Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.