Beton arakəsmə olan yolda əks istiqamətə çıxan avtomobil qəza şəraiti yaradıb.
Digər minik avtomobilinin sürücüsü isə bu təhlükədən yayındığı üçün yolda olan başqa bir avtomobili vurub.
Hadisə sentyabrın 11-də Bakı-Şamaxı- Yevlax yolunun 105-ci kilometrliyində baş verib.
Ziya Ağarəhimovun sözlərinə görə, Qəbələ istiqamətində hərəkətdə olarkən ona məxsus maşının qarşısına Acıdərə adlanan yerdə qəfil 10 SA 036 dövlət qeydiyyat nişanlı avtomil çıxıb.
Şikayətçi Ziya Ağarəhimov deyir ki, hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Bundan sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları gəliblər.