Ölkənin mobil operator bazarından olan şikayətlər hər zaman bol olub. Bu sahədə problemlər olduğunu bilmək üçün “velosiped kəşf etməyə” ehtiyac yoxdur. Əhalinin böyük çoxluğunun gündəlik istifadə etdiyi bu xidmətlərin - istər telefon danışıqları, istər internet paketləri olsun, keyfiyyətsiz və baha olduğu göz qabağındadır, üstəlik, az qala hər 10 abunəçidən 8-i hansısa məsələdən şikayətçidir. Xüsusən son zamanlar “Azercell” mobil operator şirkətindən kütləvi narazılıqlara rast gəlmək olar.
Pravda.az xəbər verir ki, AFN-in bu yöndə apardığı müşahidə və araşdırmadan, ayrı-ayrı şikayətlərdən, müştərilərin sosial mediada yazdıqlarından belə qənaətə gəlmək olar ki, “Azercell” abunəçilərini ciddi surətdə aldadır. Eyni zamanda, təkcə aldatmaq məsələsi deyil, vətəndaşlar problemlərini operativ həll edə bilmirlər, şirkətə edilən zənglər ya cavabsız qalır, ya da müştəri günahkar çıxarılır.
Ümumiyyətlə, “Azercell”in yaranmış problemdə özünü təqsirkar görməsi nadir hallardan biri ola bilər. Hətta az qala vətəndaşı avam yerinə qoyurlar, savadsız çıxarırlar, günahı müştərinin boynuna biçirlər. Lakin çox uzağa getmədən, elə sosial şəbəkələrdə yazılanlara, şirkətin öz feysbuk səhifəsində olan şikayətlərə gözucu nəzər yetirəndə aydın olur ki, “Azercell”dən necə bir total narazılıq var. Bu da şübhəsiz ki, şirkətə etimadı və inamı azaldır, “Azercell” kimi nəhəng mobil firmanın reputasiyasını zədələyir və müştərilərinin ondan imtinasına gətirib çıxarır. Məsələn, son dövrlər xeyli sayda insan “Azercell” xidmətlərindən imtina edib, şirkətlə əməkdaşlığa son qoyub, nömrəsini bağlayaraq alternativ şirkətlərə müraciət etdiyini bildirib. Biz onlardan yalnız bir neçəsinin şikayətini təqdim etməklə ümumi mənzərənin nədən ibarət olduğu haqda təsəvvür yaratmaq istəyirik.
Şirkətin müştərisi olan Fəzail Həkimov “Azercell”in feysbuk hesabında şərh bölümündə yazıb: “Siz öz internet sürətinizdən danışın, 4G-yə çevrilib guya. Ulaya-ulaya işləyir”.
Digər abunəçi Rauf Həşimov da onunla həmfikirdir: “Azercell, siz deyirsiniz 4G-nin keyfini sürün. Mən isə 4.5G işlədirəm, zəhmət olmasa bunu düzəldin. Bu nə biabırçılıqdır…”
“Azercell” abunəçisi Həmidə Məhərrəmova isə fırıldaqla üzləşib: “Gün ərzində 3-4 dəfə iki qəpik çıxır. Səbəbini aydınlaşdırmaq üçün şirkətə zəng vuranda düşmək olmur, hələ konturun yarısı da orada yoxa çıxır”.
Cavad Abbasov yazır ki, “Azercell” sürətdən danışır, amma Bakının mərkəzində - Nərimanovda internet 4G-də sürünür: “Nə vaxt bu problemləri həll edib əsəbimizlə oynamaqdan yorulacaqsız?”
Həsən Abbas isə deyir ki, abunəçilərin şikayətinə baxılmır: “2019-cu ilin martından şikayət etmişəm, hələ də düzəlməyib. Birinci pandemiyanı ortaya atdınız, dediniz işçi azdır, sonra müharibə bölgələrini düzəltməyi araya soxdunuz. Sizin işiniz biz abunəçiləri narazı buraxmamaq olmalıdır. Çünki biz olmasaq, “Azercell” işləməz. İşləmirsinizsə, deyin elə sim nömrəmizi qıraq, ataq getsin”.
Vasif Səftarov qeyd edir ki, reklam etməklə deyil, ödənişin qarşılığında zay vəziyyətdə internet paket satırlar: “Öncə onu düzəldin. 18 mgb-lıq faylı 1 saatdır göndərmək olmur. Pulunu alırsınızsa, xidməti də göstərin!”
Polad Rəfiyev “Azercell”i soyğunçuluqda ittiham edir: “Siz əvvəlcə qoyduğunuz absurd qaydalarınıza düzəliş edin, müştərilərin cibinə girməyin. Mən 30 gb internet paketi almışam, iyunda 5 gb istifadə eləmişəm, 25 gb isə şirkət sıfırlayıb.