Bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Yevlaxın sabiq icra başçısı Qoca Səmədov əməliyyat olunub.
Bu barədə onun vəkili Elnur Vəliyev məlumat verib.
Vəkil bildirib ki, ürək xəstəliyindən əziyyət çəkən sabiq icra başçısı ötən gün axşam saatlarında birinci əməliyyatını keçirib. Hazırda vəziyyəti stabildir.