Sentyabrın 15-i saat 01 radələrində 1992-ci il təvəllüdlü Cabir Abulovun bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 1975-ci il təvəllüdlü İlqar İsmayılovun aralarında yaranmış münaqişə zamanı Cabir Abulova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.